Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” ölkəmizin futbol tarixinə düşdü

“Neftçi” ölkəmizin futbol tarixinə düşdü


20-07-2019, 03:24


"Neftçi” komandası Azərbaycanın futbol tarixinə düşüb.

BrendSport.az xəbər verir ki, "Ağ-qaralar” ölkəmizə 1994-cü ildən çıxış etdiyi avrokuboklarda ən böyük hesablı qələbəsini qazandırıb.
Bu tarix paytaxt təmsilçisinin iyulun 18-də "Bakcell Arena”da Moldovanın "Speranta" komandasına 6:0 hesabı ilə qalib gəlməsi ilə yazılıb. Rekord gətirən son qola flaqmanın 18 yaşlı futbolçusu İsmayıl Zülfüqarlı imza atıb.
Xatırladaq ki, indiyədək ən böyük hesablı nəticələr "İnter" və "Qarabağ"ın 5:0 hesablı qalibiyyətləri olub.
Əvvəlki illərdə "İnter” UEFA Avropa Liqasında Estoniyanın "Trans” klubunu səfərdə 5:0 hesabı ilə, Ağdam təmsilçisi Çempionlar Liqasının ev oyununda Gürcüstan təmsilçisi "Samtredia”nı eyni hesabla məğlub edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn "Neftçi” doğma meydanda rəqib qapısına 6 qol vuraraq iki matçın cəmində doqquz top üstünlüyü ilə qələbə qazanıb. Bu da Azərbaycan futbolu tarixində daha bir rekorddur.
Geri qayıt