Əsas Səhifə > Ölkə idmanı > Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb
Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb18-06-2019, 10:58 |
“Minskə 82 idmançı ilə yollanırıq. Bizim üçün bu yarış ənənəyə çevrilib. Çünki bu yarışların ilk təməlini məhz Azərbaycan qoyub. İndi növbə Belarusdadır”. BrendSport.az xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib. O bildirib: “Əminəm ki, komandamız bu yarışlara yaxşı hazırlaşıb. Çünki II Avropa Oyunları 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Ona görə rəqabət baxımından bu yarış böyük önəm kəsb edir. Olimya Oyunları, Avropa Oyunları hər zaman sürprizlərlə doludur. Ümid edirəm ki, Azərbaycan idmanın hər növündə qızıl medallar əldə edəcək. Bu hər bir idmançımızın vəzifəsidir”. Xatırladaq ki, iyunun 21-dən 30-dək idmançılar 200 medal dəsti uğrunda yarışacaqlar. I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtında keçirilib. Qeyri-rəsmi ümumi komanda hesabında medalların dəyərinə görə Rusiya Federasiyası birinci yeri tutub. Rusiyalı idmançılar 164 mükafat, o cümlədən 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar. Azərbaycan komandası 56 mükafat (21 qızıl, 15 gümüş və 20 bürünc) qazanıb və qeyri-rəsmi ümumi komanda hesabında ikinci yeri tutub. Belarus yığması isə 43 mükafatla (10 qızıl, 11 gümüş və 22 bürünc) yeddinci yerdə qərarlaşıb. Geri qayıt |