Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan gimnastı Zöhrə Ağamirova topla hərəkətlərdə öz məharətini göstərib

Azərbaycan gimnastı Zöhrə Ağamirova topla hərəkətlərdə öz məharətini göstərib


26-04-2019, 20:20


Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları davam edir.

BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Zöhrə Ağamirova çoxnövçülük yarışında topla öz məharətini göstərib. B qrupunda yarışan gimnastımızın çıxışını hakimlər 18,250 xalla qiymətləndiriblər.

Digər təmsilçimiz Veronika Qudis C qrupunda mübarizə aparır.

Xatırladaq ki, yarışda 39 ölkədən 200-dən çox gimnast iştirak edir. Turnirin birinci günündə fərdi gimnastlar çoxnövçülük üzrə halqa və topla, komandalar isə beş topla hərəkətlərdə yarışırlar.
Geri qayıt