Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” liderliyini əldən verib
“Neftçi” liderliyini əldən verib15-04-2019, 10:00 |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. BrendSport.az xəbər verir ki, “ASCO Arena”da reallaşan həftəsnin son oyununda “Səbail” klubu çempionluğa iddialı “Neftçi”ni qəbul edib. Görüş 2:2 hesabı ilə başa çatıb. Hesabı 50-ci dəqiqədə qonaqlar açıb. “Neftçi”nin heyətində Mirabdulla Abbasov fərqlənib - 0:1. Fasilədən sonra meydan sahiblərinin baş məşqçisi Aftandil Hacıyevin əvəzetməsi uğurlu olub. Fəhmin Muradbəylinin yerinə meydana girən Ədilxan Qarəhmədov 81-ci dəqiqədə bərabərlik topunu vurub - 1:1. Vurulan qoldan 4 dəqiqə sonra isə Ağabala Ramazanov meydan sahiblərini önə çıxardıb - 2:1. Buda oyunda son qol olmayıb. Belə ki, 90-cı dəqiqədə Mamamdu Mboc bərabərlik qolunu vurub - 2:2. Final fitindən sonra hakimə iradını bildirən “Səbail”in qapıçısı Aleksandr Rıbka qırmızı vərəqə alıb. Bu heç-heçədən sonra xalını 35-ə çatdıran “Səbail” elə 3-cü pillədə qərarlşıb. Çempionluq yolunda ciddi xal itkisi ilə üzləşən “Neftçi” isə 52 xalla 2-cidir. Lider “Qarabağ” 54 xala malikdir. Qeyd edək ki, ilk oyun günündə “Qarabağ” “Sabah”ı 3, “Zirə” isə “Sumqayıt”ı 2 cavabsız qolla məğlub edib. Bu gün keçirilən “Keşlə” – “Qəbələ” görüşündə qonaqlar qələbə qazanıb - 1:2. Geri qayıt |