Əsas Səhifə > Ölkə idmanı > Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası müəyyənləşib
Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası müəyyənləşib12-04-2019, 13:14 |
Futbol üzrə Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası müəyyənləşib. BrendSport.az Peşəkar Futbol Liqasının saytına (PFL) istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında “11-liy”ə “Qarabağ”ın 5, “Neftçi”nin 3, “Sabah”, “Qəbələ” və “Sumqayıt” komandalarının hər birindən 1 futbolçu düşüb. Rəmzi komandada Vaqner da Silva (“Qarabağ”), Donald Qerye (“Qarabağ”), Kiril Petrov (“Neftçi”), Filip İvanoviç (“Sabah”), Amin Seydiyev (“Qəbələ”), Baqali Dabo (“Neftçi”), Qoran Paratski (“Neftçi”), Markos Madera (“Qarabağ”), Dani Kintana (“Qarabağ”), Mahir Mədətov (“Qarabağ”) və Peyman Babayi (Sumqayıt) yer alıblar. Geri qayıt |