Əsas Səhifə > Ölkə idmanı > Yeniyetmə cüdoçular üçün seminar keçirilib

Yeniyetmə cüdoçular üçün seminar keçirilib


30-03-2019, 12:00


Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Ruslan 93” idman klubunda yeniyetmə cüdoçular, məşqçilər və hakimlər üçün seminar keçirilib.

BrendSport.az xəbər verir ki, seminar federasiyanın hakimlər komitəsinin nümayəndələri, beynəlxalq dərəcəli referilər tərəfindən aparılıb. Seminarda cüdonun qaydaları barədə ətraflı məlumat verilib. Beynəlxalq dərəcəli hakim Mətin Rəhimli cüdonun yeni texnika və qaydalarını həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırıb.
Geri qayıt