Əsas Səhifə > Ölkə idmanı > Voleybolçularımız mübarizəni dayandırdı
Voleybolçularımız mübarizəni dayandırdı30-09-2017, 20:38 |
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün yarımfinal mərhələsinin oyunları keçirilib. BrendSport.az saytının məlumatına görə, 12 il əvvəlki rekordu təkrarlamaqla bu mərhələyə yüksələn yığmamız yeni rekord üçün Hollandiya millisi ilə üz-üzə gəlib. Qarşılaşmanın gərgin keçəcəyi gözləniləndi. Çünki DÇ-2018-in seçmə mərhələsində voleybolçularımıza quru hesabla uduzan “narıncılar” həmin matçın revanşını almağa qarşılarına məqsəd qoymuşdular. Rəqibimiz, həmçinin ¼ finalda İtaliya yığmasına qalib gəldiyindən, bu uğuru davam etdirməyi hədəfləmişdi. Amma Avropa çempionatında keçirdiyi 4 görüşdə cəmi 1 set uduzan Faiq Qarayevin yetirmələri də qələbə seriyasını davam etdirmək iddiasında idi. Təcrübəli baş məşqçinin Avropa Oyunlarından sonra milliyə yenidən qayıdışından sonra ardıcıl 24 dəfə meydanı qalib kimi tərk edən komandamız bu dəfə də eyni uğuru əldə edərdisə, həm yubiley – 25-ci qələbəsini qazanacaq, həm də tarixində ilk dəfə Avropa çempionatının finalına yüksələcəkdi. Bu səbəblərdən də görüşün tay-brekə kimi uzanması istisna deyil. Ancaq gözlənildiyi kimi gərgin keçən oyunda narıncılar 3:2 hesabı ilə qələbə qazanıblar. Beləliklə, qadın yığmamız yarımfinalda mübarizəni dayandırmalı olub. Qeyd edək ki, Avropa çempionatının mükafatçılarının adına sabah aydınlıq gələcək. Avro-2017 Yarımfinal mərhələsi 30 sentyabr Hollandiya - Azərbaycan - 3:2 (20:25; 25:19, 25:19, 25:27, 15:12) Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə) Geri qayıt |