Əsas Səhifə > Ölkə idmanı > “Sabah” klubunun futbolçusu Erik Ramos bir oyunluq cəzalanıb

“Sabah” klubunun futbolçusu Erik Ramos bir oyunluq cəzalanıb


27-02-2019, 13:07


Fevralın 27-də AFFA-nın İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XVIII turu ilə əlaqədar iclası keçirilib.

BrendSport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “Sabah” klubunun altı futbolçusu “Qarabağ” ilə matçda sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat məbləğində cərimələnib. Klubun futbolçusu Erik Ramos isə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə klub daha 200 manat cərimə olunub.

Həmçinin “Neftçi” – “Səbail” matçında “Səbail” klubunun altı futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
Geri qayıt