Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” klubunun yetirməsi Latviya komandasına transfer edilib

“Neftçi” klubunun yetirməsi Latviya komandasına transfer edilib


27-02-2019, 13:05


“Neftçi” futbol klubunun yetirməsi Elvin Sərkərov Latviyanın “Dauqavpils” klubuna transfer edilib.

BrendSport.az klubun saytına istinadla xəbər verir ki, müqaviləyə əsasən, 22 yaşlı futbolçu başqa bir kluba transfer olunarsa gəlirin əksər hissəsi “Neftçi” klubuna ödəniləcək. Bundan əlavə, U-21 milli komandamızın üzvü Azərbaycana qayıdacağı halda ilk seçimi “Neftçi” olacaq.
Geri qayıt