Əsas Səhifə > Ölkə idmanı > "Çətin olacaq... " - Juan Jesus

"Çətin olacaq... " - Juan Jesus


26-09-2017, 21:52


Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Roma”nın futbolçusu Juan Jesus mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qarabağ” haqda nüsbət fikirlər səsləndirən müdafiəçi sabah çətin oyun olacağını bildirib.

- Sizə elə gəlmir ki, müdafiədən oynayandan bəri komandanızın çıxışı elə də yaxşı alınmır?

- Məqsədimiz top olan yerdə oynamaqdır. Fikrimcə, bu məsələ həddən çox şişirdilir. Komanda şəklində oynayırıq.

- Sabah tribunada 60 mindən çox fanat olacaq və Azərbaycan prezidenti də görüşü izləyəcək. Sabahkı görüş çətin olmayacaq?

- Çətin olacaq. Rəqib ilk oyunda məğlub olduğu üçün bu matç onlar üçün vacibdir. Onlar ilk oyundakı nəticənin təsadüf olduğunu sübut etməyə çalışacaqlar.

- Əvvələr “İnter”in heyətində “Neftçi” və “Qarabağ”a qarşı oynamısan. Bu görüşləri necə xatırlayırsan?

- “Cüzeppe Meatsa”dakı oyun yadımdadır. “Qarabağ” son vaxtlar çox irəliləyiş əldə edib. Bugünkü “Qarabağ” həmin dövrdəkindən güclüdür.

- Yeni mövsüm sizin üçün yaxşı başladı. Sizcə, bu məşqçinin əməyidiy, yoxsa əvvəllər “Roma”ya öyrəşə bilmirdiniz?

- Yeni kluba keçəndə öyrəşməyə vaxt lazımdır. Bu məsələnin təsiri var. Təbii ki, məşqçidən də asılıdır. Amma mən də üzərimdə işləyirəm.
Geri qayıt