Əsas Səhifə > Ölkə idmanı > Sambo üzrə Bakı birinciliyinin qalibləri bəlli olub

Sambo üzrə Bakı birinciliyinin qalibləri bəlli olub


18-02-2019, 20:53


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 2007-2008-ci il təvəllüdlü idmançılar arasında sambo üzrə paytaxt birinciliyi keçirilib.

BŞGİBİ-dən BrendSport.az-a bildiriblər ki, birincilikdə 13 çəki dərəcəsində 130-dan artıq idmançı mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Aqil Əkbərov (24 kq), Yusif Kərimli (26 kq), Elvin Məmmədov (28 kq), İsmayıl Əlipənahov (30 kq), Yusif Əliyev (32 kq), Mikayıl Əmirov (35 kq), Nihad Rəhimov (38 kq), Nihad Süleymanlı (41 kq), Kənan Məmmədli (45 kq), Hüseyn Rzaquliyev (49 kq), Ənsar Davudov (53 kq), Fərhad Süleymanlı (57 kq) və Məhəmməd Xəlilli (57 kq-dan yuxarı) qızıl medal qazanıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.
Geri qayıt