Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanın qadın cüdoçuları Avstriyada qitə kuboku turnirində mübarizə aparacaqlar
Azərbaycanın qadın cüdoçuları Avstriyada qitə kuboku turnirində mübarizə aparacaqlar16-02-2019, 12:45 |
Azərbaycanın qadın cüdoçuları fevralın 16-da Avstriyanın Overvart şəhərində start götürəcək Avropa kuboku yarışlarında mübarizə aparacaqlar. BrendSport.az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Azərbaycanı yarışda Şəfəq Həmidova (48 kq), Alexandra-Larisa Florian (52 kq), Nuriyyə Axundova (63 kq), Günel Həsənli, Rukiye Fatma Ozerdem (hər ikisi 70 kq) təmsil edəcəklər. Turnirdə 35 ölkədən 209 idmançı mübarizə aparacaq. Geri qayıt |