Əsas Səhifə > Ölkə idmanı > Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyi başlayır

Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyi başlayır


13-02-2019, 09:00


Fevralın 13-də gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək.

Azərbaycan Boks Federasiyasından BrendSport.az-a verilən məlumata görə, çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 35 komanda mübarizə aparacaq.

On çəki dərəcəsi üzrə keçiriləcək yarış Boks Mərkəzində təşkil olunacaq. Birincilikdə 120 boksçu gücünü yoxlayacaq.

Altı gün davam edəcək çempionatda final döyüşləri fevralın 18-də baş tutacaq.
Geri qayıt