Əsas Səhifə > Ölkə idmanı > “Azərsu” həndbol klubu sonuncu qələbəsi ilə çempionluğa doğru inamlı addım atıb
“Azərsu” həndbol klubu sonuncu qələbəsi ilə çempionluğa doğru inamlı addım atıb11-02-2019, 21:57 |
Qadın həndbolçuların Azərbaycan çempionatında 13-cü turun oyunları arxada qalıb. BrendSport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, turun böyük maraqla gözlənilən görüşündə çempionluğa namizədlər üz-üzə gəliblər. “Azəryol” komandası çox çalışsa da, baş mükafat uğrunda mübarizədə əsas rəqibinin qələbəsinə mane ola bilməyib. Qarşılaşma 25:21 hesabı ilə “Azərsu”nun xeyrinə nəticələnib. Günün digər oyununda isə “İdman Akademiyası” komandası “Gənclər Birliyi” üzərində qələbə qazanıb – 37:31. On dörd oyundan 26 xal toplayan “Azərsu” son qələbə ilə çempionluğa doğru inamlı addım atıb. Bir oyun az keçirən “Azəryol” artıq əsas rəqibindən 4 xal geri qalır. Bu tur “Olimpiya” (Tbilisi) ilə oyunu təxirə salınan “Qarabağ” 14 xalla 3-cü pillədə qərarlaşıb. Autsayder “Gənclər Birliyi”nə qalib gələn “İdman Akademiyası” isə Gürcüstan təmsilçisi ilə xalları bərabərləşdirib. Komandalar hərəyə 7 xalla 4-5-ci yerləri bölüşürlər. Geri qayıt |