Əsas Səhifə > Ölkə idmanı > Favoritlərin mübarizəsindən “Məhsul” həndbol klubu qalib ayrılıb

Favoritlərin mübarizəsindən “Məhsul” həndbol klubu qalib ayrılıb


11-02-2019, 21:39
Favoritlərin mübarizəsindən “Məhsul” həndbol klubu qalib ayrılıb
Kişi həndbolçuların ölkə çempionatında 9-cu turun qarşılaşmaları keçirilib. “ABU Arena”da təşkil olunan yarışın növbəti oyun günündə diqqətlər favoritlərin görüşünə yönəlib.
BrendSport.az Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, bu turadək hərəyə 14 xalla çempionata şərikli liderlik edən “Məhsul” və “Bakı” komandalarının qarşılaşması gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Qapılara ümumilikdə 51 qolun vurulduğu oyunda fürsətdən daha layiqincə faydalanan “Məhsul” azarkeşlərinin ümidlərini doğruldub. Nominal meydança sahibi çempionluq yolunda əsas rəqibini 28:23 hesabı ilə üstələyib.
“Təhsil” –“U-16” görüşündə isə birincilər asan qələbəyə seviniblər – 35:19.
Prinsipial qarşılaşmanı qələbə ilə başa vuran “Məhsul” 16 xalla çempionatın artıq vahid lideridir. Bu turdakı məğlubiyyətdən sonra izləyiciyə çevrilən “Bakı”nın aktivində 14 xal var. Hələ ki, qələbə sevinci dadmayan “U-16” üzərində qələbə ilə xal ehtiyatını 6-ya çatdıran “Təhsil” 3-cü pillədədir.
Geri qayıt