Əsas Səhifə > Ölkə idmanı > Karateçimiz Roman Heydərov Avropa çempionatının qızıl medalını qazanıb

Karateçimiz Roman Heydərov Avropa çempionatının qızıl medalını qazanıb


9-02-2019, 03:19
Karateçimiz Roman Heydərov Avropa çempionatının qızıl medalını qazanıb

Danimarkanın Aalborq şəhərində 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclər arasında 11-ci Avropa çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, Azərbaycan karateçisi Roman Heydərov 18-21 yaşlı gənclər arasında kata yarışında qızıl medal qazanıb.
Digər təmsilçimiz Tale Yaqubov (63 kq) Milan Farkası (Macarıstan), Avais Atmanı (İsrail) və Dominik Kocandrleni (Çexiya) məğlub edərək ikidəbir finala vəsiqə qazanıb. Bu mərhələdə karateçimiz daha bir rəqibi Ben Voodsu (Şotlandiya) məğlub edərək finala çıxıb.
Həlledici qarşılaşmada o, Leon Gaydukla (Latviya) gücünü sınayacaq.
Geri qayıt