Əsas Səhifə > Ölkə idmanı > Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək6-02-2019, 16:05 |
Fevralın 8-9-da Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə qadınlar və kişilər iştirak edəcəklər. AAF-dan BrendSport.az -a bildiriblər ki, çempionatda qaçışın 7 (60, 200, 400, 800, 1500, 3000, 4x200 metr, estafet) növü üzrə yarışlar keçiriləcək. Bundan başqa, atletlər tullanmanın üç (uzunluğa, hündürlüyə, üçtəkanlı) növləri və nüvəitələmə üzrə də mübarizə aparacaqlar. Geri qayıt |