Əsas Səhifə > Ölkə idmanı > Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək


31-01-2019, 10:12


Fevralın 3-də Bakıda şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatı start götürəcək.

BrendSport.az xəbər verir ki, İsveçrə sistemi ilə 9 turdan ibarət çempionatda püşkatma mərasimi fevralın 2-də keçiriləcək. Fevralın 3-də isə birinci turun partiyaları oynanılacaq.

Azərbaycan çempionatına fevralın 12-də yekun vurulacaq.
Geri qayıt