Əsas Səhifə > Ölkə idmanı > "Neftçi" klubu Antalyada son yoxlama oyununu keçirib
"Neftçi" klubu Antalyada son yoxlama oyununu keçirib27-01-2019, 11:00 |
Yanvarın 26-da "Neftçi" klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirdib. BrendSport.az xəbər verir ki, rəqib Bolqarıstanın "Beroe” klubu olub. Görüş flaqmanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk 2 qolu Dario Frederiko, 3-cüsünü Baqali Dabo vurub. Matçın 58-ci dəqiqəsində isə yeni transfer Vangelis Platellis oyunda son nöqtəni qoyub. Bununla da "Neftçi" Antalya toplanışını başa vurub. "Beroe" Bolqarıstan çempionatında 20 oyundan sonra 36 xalla 4-cü pillədə qərarlaşıb. Qeyd edək ki, "The Sense De Luxe” otelində məskunlaşan "Neftçi” Rumıniyanın "Qaz Metan”ına 3:0 hesabı ilə qalib gəlsə də, Çexiyanın "Slovan” (Liberets) komandasına uduzub - 1:2. Geri qayıt |