Əsas Səhifə > Ölkə idmanı > Gəmiçiliyin əməkdaşları arasında stolüstü tennis turniri təşkil olunub

Gəmiçiliyin əməkdaşları arasında stolüstü tennis turniri təşkil olunub


25-01-2019, 17:49


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları arasında stolüstü tennis turniri keçirilib.

QSC-nin mətbuat katibliyindən BrendSport.az -a bildirilib ki, yarışda ASCO-nun Xəzər Dəniz Neft Donanması, Dəniz Nəqliyyatı Donanması, İstehsalat Xidmətləri İdarəsi, “Bibiheybət” Gəmi Təmiri Zavodu, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, Azərbaycan Dövlət Dəniz Akademiyası, Təlim-Tədris Mərkəzi və ASCO Mühafizənin stolüstü tennis həvəskarları qüvvələrini sınayıblar. Yarış gərgin idman mübarizəsi şəraitində keçib. Qaliblərə diplomlar təqdim edilib.
Geri qayıt