Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan futbol ailəsinin sayı 155 minə çatıb
Azərbaycan futbol ailəsinin sayı 155 minə çatıb25-01-2019, 15:52 |
AFFA-nın “Futbola Qoşul” onlayn qeydiyyat sistemi vasitəsilə qeydiyyata alınanların sayı 155 minə çatıb. BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 155 mininci üzvü “Məhəllənin ulduzu” layihəsi çərçivəsində Yasamal rayonu, Süleyman Dadaşov 577 ünvanında AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançada məşqlərə qatılan 2013-cü il təvəllüdlü Səlim Mahmudovdur. “Məhəllənin ulduzu” layihəsi AFFA tərəfindən inşa edilmiş süni örtüklü meydançalarda müxtəlif yaş qrupuna daxil olan uşaqlar üçün məşqlərin təşkil olunması, onların futbola, sağlam həyat tərzinə istiqamətləndirilməsi, bu idman növünün təbliğatının gücləndirilməsi məqsədi daşıyır. Layihə 6-8 yaşlı uşaqlara həftədə 2 və ya 3 dəfə ödənişsiz olaraq məşq keçmək imkanı verir. Eyni zamanda, bütün məşq ləvazimatları da AFFA tərəfindən təmin olunur. Bu layihəyə xüsusi məşqçilik kursunu bitirmiş, minimum “C” məşqçilik lisenziyası olan məşqçilər cəlb edilib. Geri qayıt |