Əsas Səhifə > Ölkə idmanı > Bakının “Sabah” klubu Macarıstanın MTK komandasına qalib gəlib

Bakının “Sabah” klubu Macarıstanın MTK komandasına qalib gəlib


19-01-2019, 18:25


Yanvarın 19-da Bakının “Sabah” futbol klubu Antalyada növbəti yoxlama oyununu keçirib.

BrendSport.az xəbər verir ki, Macarıstanın MTK komandası ilə qarşılaşan “Sabah” 3:1 hesabı ilə qalib gəlib.

Bakı təmsilçisinin heyətində Vadim Abdullayev, Marko Deviç və Cavid İmamverdiyev fərqləniblər.

Daha əvvəl Türkiyənin “Eskişehirspor” komandasına 1:0 hesabı ilə qalib gələn Elşad Əhmədovun yetirmələri Qazaxıstan “Tobol”u ilə heç-heçə ediblər – 2:2.
Geri qayıt