Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” klubunun İranın “İstiqlal” komandası ilə yoxlama oyunu ləğv olunub
“Neftçi” klubunun İranın “İstiqlal” komandası ilə yoxlama oyunu ləğv olunub19-01-2019, 15:55 |
Bakının “Neftçi” futbol klubunun Antalya toplanışı çərçivəsində yanvarın 20-də “İstiqlal” (İran) komandası ilə keçirilməli olan yoxlama oyunu ləğv olunub. BrendSport.az kluba istinadla xəbər verir ki, buna səbəb baş məşqçi Roberto Bordinin qərarıdır. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib. Xatırladaq ki, yanvarın 18-də “Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) “Neftçi” yanvarın 23-də “Slovan” (Liberes, Çexiya), üç gün sonra isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq. Geri qayıt |