Əsas Səhifə > Ölkə idmanı > Atçılığın konkur növü üzrə “Arzu kuboku” yarışlarına yekun vurulub

Atçılığın konkur növü üzrə “Arzu kuboku” yarışlarına yekun vurulub


12-01-2019, 18:55

Atçılığın konkur növü üzrə “Arzu kuboku” yarışlarına yekun vurulub

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ilin ilk konkur yarışı – “Arzu kuboku” yarışları keçirilib.
ARAF-dan BrendSport.az-a bildiriblər ki, yarış “E”, “M” və “S” kateqoriyaları üzrə təşkil olunub.
Maneələrin hündürlüyü 80-85 santimetr olan “E” kateqoriyalı yarışda 14 idmançı birincilik uğrunda mübarizə aparıb. “Walonka” ləqəbli atla “Elite Horse & Polo Club”un idmançısı Ramil İbrahimov birinci olub. “Light Limerick” ləqəbli atla Rəvan Əhmədov ikinci, “Rodrigo” ləqəbli atla Emin Rzayev isə üçüncü nəticə göstəriblər.
“M” kateqoriyalı yarışda Ələkbər Məmmədov “AFP S Chantal 261” və “Francesco” ləqəbli atlarla ilk iki pillədə qərarlaşıb. “Gilan” atçılıq idman klubunun idmançısı Rahib İsmayılov “Carthanio” ləqəbli atla yarışı üçüncü pillədə başa vurub. Bu kateqoriyada idmançılar hündürlüyü 120-125 santimetr olan maneələrə qarşı mübarizə aparıblar.
Maneələrin hündürlüyü 135-140 santimetr olan “S” kateqoriyası üzrə yarışda “Cera 59” ləqəbli atla Kənan Novruzov bütün rəqiblərini qabaqlayıb. “Concorde” ləqəbli atla “Sərhədçi” atçılıq idman klubunun üzvü Seyid Musayev ikinci, “Carthanio” ləqəbli atla “Gilan”ın idmançısı Rahib İsmayılov üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 5 min manat təşkil edib.
Geri qayıt