Əsas Səhifə > Ölkə idmanı > Cüdoçularımız Sloveniyada tarix yazdı

Cüdoçularımız Sloveniyada tarix yazdı


17-09-2017, 20:37


Sloveniyada gənc cüdoçuların Avropa birinciliyində şəxsi görüşlər başa çatıb. BrendSport.az saytı xəbər verir ki, yarışın 2-ci günü də bizim üçün uğurlu olub. 100 kq-da Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.

Beləliklə, baş məşqçi Elçin İsmayılovun başçılıq etdiyi millimiz yekunda 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında I yeri tutub. Niderland II, Rusiya komandası III olub.
Geri qayıt