Əsas Səhifə > Ölkə idmanı > Şahmat üzrə Fuad Cəfərov Memorialı start götürüb
Şahmat üzrə Fuad Cəfərov Memorialı start götürüb4-01-2019, 10:00 |
2019-cu ilin şahmat üzrə ilk yarışı olan Fuad Cəfərov Memorialı start götürüb. Ənənəvi yarış mərhum beynəlxalq dərəcəli hakim və Respublika Şahmat Məktəbinin ilk direktoru olmuş Fuad Cəfərovun xatirəsinə həsr edilir. BrendSport.az xəbər verir ki, yanvarın 3-dən 11-dək Bakıda keçiriləcək beynəlxalq şahmat festivalında 200-dən çox şahmatçı iştirak edəcək. Festival 3 qrup - “A” (qrossmeyster və beynəlxalq usta normalı), “B” (Open) və “C” qrupu (11 yaşadək uşaqlar) üzrə keçiriləcək. Bununla yanaşı, festival çərçivəsində rapid və blits üzrə yarışlar da təşkil ediləcək. Geri qayıt |