Əsas Səhifə > Ölkə idmanı > Rəşad Sadıqovdan həssas paylaşım - Şəkil

Rəşad Sadıqovdan həssas paylaşım - Şəkil


30-12-2018, 23:11


“Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə örnək addımi ilə yadda qalıb.

BrendSport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi şəxsi “İnstaqram” səhifəsində həssas paylaşım edib.

Sadıqov aprel döyüşlərinin şəhidi Raquf Orucovun oğlu ilə şəklini paylaşıb. O, paylaşımda bu sözləri qeyd edib: “Şəhid Raquf Orucovun oğlu Nihad Orucov, sənin əlini tutmaq qürurvericidir”.

Şəkil Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Sportinq” oyunundan əvvəl çəkilib.



Geri qayıt