Əsas Səhifə > Ölkə idmanı > Bakıda “Həmrəylik” veloyürüşü keçirilib

Bakıda “Həmrəylik” veloyürüşü keçirilib


30-12-2018, 16:55


31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubu və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Bakıda “Həmrəylik yürüşü” keçirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər iştirak edib.

300-ə yaxın velosipedçi "Azneft" dairəsindən start götürməklə "Neftçilər" prospekti ilə hərəkət edib və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıb.
















Geri qayıt