Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib
Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib16-12-2018, 22:35 |
Dekabrın 16-da Azərbaycan kubokunun dörddəbir final mərhələsinə yekun vurulub. BrendSport.az xəbər verir ki, “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda kubokun son sahibi “Keşlə” ilə üz-üzə gəlib. Görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolun müəllifi 65-ci dəqiqədə Rahil Məmmədov olub. Xatırladaq ki, dörddəbir final mərhələsinə dekabrın 15-də start verilib. “Zirə” doğma meydanda “Səbail”i (1:0), “Sumqayıt” isə səfərdə “Neftçi”ni məğlub edib (0:2). Dekabrın 16-da isə “Qəbələ” “Sabah”ı minimal hesabla məğlub edib (1:0). Geri qayıt |