Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib

“Qəbələ” doğma meydanda “Sabah”ı minimal hesabla məğlub edib


16-12-2018, 22:31


Dekabrın 16-da futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin daha bir oyunu keçirilib.

BrendSpor.az xəbər verir ki, final mərhələsinin ikinci günün ilk oyunu Qəbələ şəhər stadionunda oynanılıb. “Qəbələ” doğma meydanda debütant “Sabah” klubunu qəbul edib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qol 45-ci dəqiqədə Filip İvanoviçin öz qapısına vurduğu qol olub.

Qeyd edək ki, dörddəbir final mərhələsinə saat 19-da oynanılacaq “Qarabağ” – “Keşlə” oyunu ilə yekun vurulacaq.

Xatırladaq ki, dörddəbir final mərhələsinə dekabrın 15-də start verilib. “Zirə” doğma meydanda “Səbail”i (1:0), “Sumqayıt” isə səfərdə “Neftçi”ni məğlub edib (0:2).
Geri qayıt