Əsas Səhifə > Ölkə idmanı > Yeniyetmələr arasında karate üzrə liqa yarışlarında iştirak edəcək millimizin heyəti açıqlanıb

Yeniyetmələr arasında karate üzrə liqa yarışlarında iştirak edəcək millimizin heyəti açıqlanıb


10-12-2018, 19:49


Dekabrın 14-də İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının yeniyetmələr arasında liqa yarışları start götürəcək.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov BrendSport.az-a bildirib ki, mövsümün sonuncu turnirində yığma komandamız 12 idmançı ilə mübarizə aparacaq.

Heyətə 14-15 yaşlı yeniyetmələrdən Hüseyn Məmmədli (57 kq), Taleh Yaqubov (63 kq), Fidan Dadaşova (48) və Emin Namazov (kata) daxil ediliblər. Çempionatda 16-17 yaşlı gənclərin yarışında Əminağa Quliyev (61 kq), Tural Yaqubov, Fərid Ağayev (hər ikisi 68 kq), Musa Sarızadə, Abbas Dadaşov (hər ikisi +76 kq), Mədinə Sadıqova (48 kq), Polina Hurenko (53 kq) və Ceyhun İsmayılov (kata) yarışacaqlar.

Liqa yarışlarına dekabrın 16-da yekun vurulacaq.
Geri qayıt