Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”ın hazırlıq planı məlum oldu

“Qarabağ”ın hazırlıq planı məlum oldu


10-12-2018, 11:33


Son Azərbaycan çempionu “Qarabağ”ın qış hazırlıq planı məlum olub.

BrendSport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “köhlən atlar” istirahətdən sonra Bakıda bir araya gələcək. Ağdam komandası yanvarın 6-da Antalyaya yollanacaq. Belekdə məskunlaşacaq “Qarabağ” ordakı hazırlığı yanvarın 27-də başa vuracaq.

“Köhlən atlar” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama matçı keçirməyi planlaşdırır.
Geri qayıt