Əsas Səhifə > Ölkə idmanı > Roberto Bordin: Bu gün bizim günümüz deyildi
Roberto Bordin: Bu gün bizim günümüz deyildi10-12-2018, 07:35 |
Çox da yaxşı oyun nümayiş etdirə bilmədik. Ənənəvi hücumlar qurmağı bacarmadıq və böyük risklər etmədik. Yalnız sona yaxın riskə gedib, qol vurmağa çalışdıq. Boş zonalar tapmağa çətinlik çəkirdik, tapanda isə fürsətdən istifadə edə bilmədik. Düşünürəm, bu gün bizim günümüz deyildi. brendSpor.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sumqayıt” klubu ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib. “Flaqman”ın italyan baş məşqçisi deyib: “Biz daha çox qələbə qazanmaq istəyirdik ki, rəqiblərimizlə xal fərqini çoxaldaq. Bu il çempionatda son oyunumuz oldu. Baqali Dabonun mövqeyində Namik Ələskərov oynadı, pis çıxış etmədi. Hələ ki, turnir cədvəlində birinci yerdəyik. Əlbəttə, qalib gəlmək istəyirdik, təəssüf ki alınmadı. Diqqətimizi gələn oyunlara yönəltməliyik. Qarşıda bizi vacib oyunlar gözləyir”. Geri qayıt |