Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” formanın, “Neftçi” qarşıdurmanın güdazına getdi - 240 manat cərimə
“Qarabağ” formanın, “Neftçi” qarşıdurmanın güdazına getdi - 240 manat cərimə27-11-2018, 13:27 |
AFFA İntizam Komitəsinin iclası keçirilib. BrendSport.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub: Birinci divizionun 11-ci turunun “Şüvəlan” - “Turan Tovuz” matçının 65-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sənan Qocayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Birinci divizionun 11-ci turunun “Sumqayıt-2” - “Kəpəz” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Ruzi Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Birinci divizionun 11-ci turunun “Ağsu” - “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Birinci divizionun 11-ci turunun “Qarabağ-2” - “Zaqatala” matçında “Qarabağ-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 69-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. “Qarabağ-2” komandasının geyimində nöqsanlar aşkar olunduğu üçün oyun təyin olunduğu vaxtdan 5 dəqiqə gec başlanıb. Bu səbəbdən klub 240 manat cərimə olunur. Birinci divizionun 11-ci turunun MOİK - “Neftçi-2” matçı başa çatdıqdan sonra komandalar arasında qarşıdurma baş verdiyinə görə hər iki klub 240 manat cərimə olunur. Geri qayıt |