Əsas Səhifə > Ölkə idmanı > “Azərsu” və “Azəryol” həndbol komandaları növbəti qələbələrini qazanıblar

“Azərsu” və “Azəryol” həndbol komandaları növbəti qələbələrini qazanıblar


26-11-2018, 11:39


Qadın həndbolçuların ölkə çempionatında iki oyun keçirilib.

BrendSport.az Azərbaycan Həndbol Federasiyasını rəsmi saytına istinadla xəbər verir ki, “Gənclər Birliyi” komandası ilə qarşılaşan “Azərsu” klubu böyük hesablı qələbə qazanıb – 40:15.

Günün digər matçında “Azəryol” kollektivi “Qarabağ” komandasını qəbul edib. “Azəryol” həndbolçularının üstünlüyü ilə keçən görüş 26:19 hesabı ilə başa çatıb.
Geri qayıt