Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında 11-ci turun rəmzi komandası açıqlandı

Azərbaycan Premyer Liqasında 11-ci turun rəmzi komandası açıqlandı


13-11-2018, 15:22


Azərbaycan Premyer Liqasının 11-ci turunun rəmzi komandası məlum olub.

BrendSport.az PFL-ə istinadən xəbər verir ki, son turda səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ”dan rəmzi komandada daha çox futbolçu yer alıb:

Qapıçı: Emil Balayev (“Səbail”);

Müdafiəçilər: Ömər Buludov (“Neftçi”), Rahil Məmmədov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Tellur Mütəllimov (“Zirə”);

Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”), Filip Ozobiç, Miçel (hər ikisi “Qarabağ”), Sərtan Taşkın (“Keşlə”);

Hücumçular: Ruslan Qurbanov, Yevgeni Koçuk (hər ikisi “Səbail”).
Geri qayıt