Əsas Səhifə > Ölkə idmanı > Qurbanov yığmanın üzvləri ilə görüşdü -

Qurbanov yığmanın üzvləri ilə görüşdü -


21-10-2018, 13:31


Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.

Baş məşqçi yığmanın futbolçularına tövsiyələrini verib, seçmə mərhələ oyunlarında uğurlar arzulayıb.

Görüşdə milli komandaların menceri İslam Abbasov və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov iştirak edib.

Qeyd edək ki, Avropa çempionatının ilkin seçmə mərhələsində U-17-nin rəqibləri Albaniya, Norveç və Çexiya yığmaları olacaq. Futbolçularımız oktyabrın 23-də Norveç, 3 gün sonra Çexiya, oktyabrın 29-da isə Albaniya komandası ilə qarşılaşacaq.




Geri qayıt