Əsas Səhifə > Ölkə idmanı > Qurban Qurbanov "Səbail”lə oyunda baş verənlərdən danışdı
Qurban Qurbanov "Səbail”lə oyunda baş verənlərdən danışdı20-10-2018, 22:44 |
"Çox danışmağa ehtiyac yoxdu. Texniki məğlubiyyət olacaq. Futbolçular bir müddət idi bir yerdə deyildilər. Bunun da təsiri olmuşdu. Yanlış əvəzetmə zamanı meydanda olan futbolçuların bundan xəbəri yox idi. "Səbail”i təbrik edirəm". Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri, lakin adı protokolda olmayan Abbas Hüseynovu meydana buraxdıqları üçün texniki məğlubiyyətlə nəticələnəcək görüş barədə danışarkən deyib. Qurbanov "Bu səhvə görə günahkar kimdi" sualına belə cavab verib: "Kim protokolu yazsa da, hamı buna baxmalıdı. Eləcə də hakimlər. Əlbəttə, ən böyük günah bizdədi. 22 nəfərlik yerdə 23 nəfər oturubsa, deməli, biri artıq dı. Hakimlər də diqqətli olmalıdı. Hamı yoxlamalıdı. Bundan sonra köməkçilərim daha diqqətli olmalıdı. İstəmərəm ki, digər klublarda da bu aqibət olsun. Hamımız əziyyət çəkirik, ancaq bir xətaya görə məğlubiyyət alırıq. Məğlubiyyətin əvəzini çıxmaq olar. Futbolçuların əziyyətinə heyfim gəlir. Ən çox özümüz diqqətli olmalıyıq. 18 nəfərlik prokol olanda, daha rahat olurdu. Ancaq 23 nəfər olanda aləm dəyir bir-birinə. Peşəkar klubuq və hər bir məsuliyyətli şəxs bu xətaya yol vermələlidi. Razıyam, bizə texniki məğlubiyyət versinlər, ancaq qarşıda kimdə belə şey olsa, bunun verilməsinin tərəfdarı deyiləm. Belə olarsa, şad olaram". "Qarabağ”da bir dəfə heyətlə bağlı problemə görə texniki məğlubiyyət almışdı. Baş məqşçi həmin olayla bağlı da danışıb: "Keçən dəfə legioner limitini pozmuşduq. Riçard Almeydanı daha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas Hüseynov yerli futbolçudu. Onun adının yazılmaması taledi. Onu əvvəllər 60-65 dəqiqə oynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb". Qurbanov "Vorskla” ilə oyunöncəsi müdafiənin mərkəzi ilə bağlı planınız nədi? Rahil Məmmədovun meydana çıxmamağı nə ilə bağlıdı?" sualını da cavablandırıb: "Rəşadın da, Yakubun da oynamağına ehtiyac var idi. Neçə vaxt idi oynamırdılar. Rahil yığmanın son oyunlarında az oynamamışdı. Balansı qorumağa çalışdım. Bu gün Qara Qarayevi də sonradan meydana buraxdım. Futbolçuları düşünmək, qoruyub saxlamaq lazımdı. Həm fiziki, həm də psixoloji cəhətdən". Geri qayıt |