Əsas Səhifə > Ölkə idmanı > Millimizlə oyunda rəqibdə ciddi iyki

Millimizlə oyunda rəqibdə ciddi iyki


12-10-2018, 11:21


Oktyabrın 14-də UEFA Millətlər Liqasının 4-cü turunda millimizin qonağı olacaq Malta yığması Bakıya ciddi itki ilə gələcək.

Komandanın kapitanı Maykl Mifsud paytaxtımızdakı qarşılaşmada meydana çıxa bilməyəcək. Dünən Kosovo ilə səfər oyununun (1:3) 70-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan hücumçu cəzalı duruma düşüb. Belədə o millimizlə matçı buraxmalı olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu saat 20:00-da başlayacaq.
Geri qayıt