Əsas Səhifə > Ölkə idmanı > Azad Rəhimov vətəndaşlarla görüşəcək
Azad Rəhimov vətəndaşlarla görüşəcək4-10-2018, 15:45 |
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 5-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, H.Əliyev prospekti 242, RİH ilə üzbəüz) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar. Lənkəran 051-5053030 Astara 055-7890334; 051-4320110 Cəlilabad 050-4646244; 070-5261000 Lerik 050-5684923 Masallı 055-2374488; 050-6374488 Yardımlı 050-6827123 Geri qayıt |