Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”dan "Arsenal"la oyunqabağı azarkeşlərə jest

“Qarabağ”dan "Arsenal"la oyunqabağı azarkeşlərə jest


2-10-2018, 16:48


Avropa Liqasının qrup mərhələsinin II mərhələsində "Qarabağ” oktyabrın 4-də Bakı Olimpiya Stadionunda "Arsenal"ı qəbul edəcək.

Klubun saytında yayılan xəbərə görə, azarkeşlərin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klub tərəfindən azarkeşlərin xidmətində olacaq.

Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl, saat 17:55-dən etibarən istifadə edə bilərlər.

Bu arada, "Qarabağ” - "Arsenal" matçına bilet satışı da davam edir.

Xatırladaq ki, "Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də keçiriləcək və saat 20:55-də başlayacaq.
Geri qayıt