Əsas Səhifə > Ölkə idmanı > UEFA “Qarabağ” - “Arsenal” oyunu barədə
UEFA “Qarabağ” - “Arsenal” oyunu barədə27-09-2018, 14:37 |
UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ” komandasının Bakıda İngiltərə təmsilçisi "Arsenal”a qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb. Yazıda London komandasının ilk dəfə Azərbaycana səfər edəcəyi vurğulanıb. "Qarabağ” ilk turda Portuqaliyada "Sportinq”ə 2 cavabsız qolla uduzubsa, "Arsenal” evdə Ukraynanın "Vorskla” kollekivini 4:2 hesabı ilə üstələyib. Əvvəlki görüşlər - "Arsenal” heç vaxt Azərbaycan komandaları ilə qarşılaşmayıb. "Qarabağ” isə İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 4 oyunun hamısında uduzub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Tottenhem”ə (0:1, 1:3), ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupunda isə "Çelsi”yə məğlub olub (0:6, 0:4). "Qarabağ” - 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan "Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olub. Bu dəfə isə "köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) "Qarabağ” qrupa vəsiqə qazanıb. - Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. "Qarabağ” Ukraynanın "Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib. - "Qarabağ” bu mövsüm evdə keçirdiyi avrokubok oyunlarında cəmi bir qol buraxıb. Ötən mövsümün son matçında isə "Çelsi”dən 4 top görüb. Əvəzində İspaniya "Atletiko”su ilə həm evdə, həm də səfərdə heç-heçə edib (0:0, 1:1). "Arsenal” - "Arsenal” 2017/18 mövsümündə Premyer Liqada 6-cı yeri tutub. London təmsilçisi daha əvvəl 22 ildən sonra bu ilin mayında komandanın baş məşqçisi postunu tərk edən Arsen Vengerin dövründə belə zəif nəticə göstərməyib. Buna rəğmən, "topçular” qrupa birbaşa vəsiqə əldə ediblər. - Ardıcıl 19 il ÇL-də çıxış edən "Arsenal” ötən mövsüm Avropa Liqası adlanan turnirdə debüt edib və yarımfinala qədər irəliləyib. Burada isə yarışın qalibi olan "Atletiko”ya uduzub (1:1, 0:1). Londonlular ötəmn mövsüm avrokuboklarda 7 səfər matçında 4 dəfə qalib gəlib, 2 dəfə məğlub olublar. - "Arsenal” ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə BATE-ni 4:2 hesabı ilə məğlub edib. 1999/2000 mövsümündə UEFA Kubokunun finalında Türkiyə təmsilçisi "Qalatasray”a penalti seriyasında uduzan "topçular” indiyə qədər avrokuboklarda II tura təsadüf edən 6 səfər oyununa çıxıblar və heç birində uduzmayıblar – 4 qələbə, 2 heç-heçə. Komandalar arasında əlaqə - "Qarabağ”ın hücumçusu İnnosent Emeqara İsveçrə millisində "Arsenal”ın oyunçuları – Stefan Lixtştayner və Qranit Caka ilə komanda yoldaşı olub. - "Arsenal”ın pleymeykeri Mesut Özil 7 iyul 2011-ci ildə, AVRO-2012-nin seçmə mərhələsində Almaniya yığmasının Bakıda Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdiyi görüşdə 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Baş məşqçilər - Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində "Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi ÇI-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. O, 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir. - Ardıcıl iki mövsüç Fransa təmsilçisi PSJ-yə rəhbərlik edən və daxili yarışlarda 7 titul qazanan Unai Emeri bu ilin mayında "Arsenal”ın sükanı arxasına keçib. 46 yaşlı mütəxəssis 4 vətənində "Valensiya”ya rəhbərlik edib, qısa müddətdə Rusiya "Spartak”ında işləyib. 2014-2016-cı illərdə isə İspaniyanın "Sevilya” komandası ilə 3 dəfə Avropa Liqasının qalibi olub. O, bu yarışda bam məşqçi kimi oyun sayında rekordçudur. Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Arsenal” oyunu saat 20:55-də start götürəcək. 29 may 2019-cu ildə Avropa Liqasının final matçında bu arenada baş tutacaq. (Report) Geri qayıt |