Əsas Səhifə > Ölkə idmanı > Taekvondo üzrə yeniyetmələr arasında açıq birincilik keçiriləcək

Taekvondo üzrə yeniyetmələr arasında açıq birincilik keçiriləcək


26-09-2018, 09:52


"Qafqaz" taekvondo klubunun təşkilatçılığı və Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yeniyetmələr arasında klubun açıq birinciliyi keçiriləcək. 29-30 sentyabr tarixlərində baş tutacaq yarışda 2004-2006-cü il təvəllüdlü yeniyetmələr (oğlan və qız) idmaçılar qatılacaq.

ATF-dən BrendSport.az saytına verilən məlumata görə, turnir Azərbaycan Boks Federasiyasının idman zalında “DAEDO international” taekvondo sistemi ilə keçiriləcək. I,II,III yerləri tutan idmançılar, "Qafqaz" Taekvondo Klubunun təsis etdiyi müvafiq diplom və medalları ilə təltif olunacaq.

Qeyd: Azərbaycan Taekvondo Federasiyasının qeydiyatından keçmiş beynəlxalq və milli dərəcəli hakimlərin 28 sentyabr saat 18:00-da ATF-nin akt zalında keçiriləcək iclasda iştirakı tələb olunur.

Alxas Məmmədov
Geri qayıt