Əsas Səhifə > Ölkə idmanı > Qurban Qurbanov “Sportinq”ə məğlubiyyəti şərh etdi

Qurban Qurbanov “Sportinq”ə məğlubiyyəti şərh etdi


21-09-2018, 10:11


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın “Sportinq” klubuna qarşı keçirdikləri səfər oyununu şərh edib.

Ağdam klubunun çalışdırıcısı 0:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdu.

Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq. Futbolçularımdan razıyam. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik”.
Geri qayıt