Əsas Səhifə > Ölkə idmanı > Bas Dost "Qarabağ"a qarşı oynamayacaq

Bas Dost "Qarabağ"a qarşı oynamayacaq


19-09-2018, 12:23


"Sportinq" "Qarabağ"la oyuna tam heyətlə çıxmayacaq. Komandanın holland hücumçusu Bas Dost Avropa Liqasının qrup mərhələsinin ilk oyununda meydana çıxmayacaq.

Byna səbəb onun zədədən əziyyət çəkməsidi. Son məşqdə iştirak etməyən 29 yaşlı forvardın "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Geri qayıt