Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ"ın rəqibi barədə ilginc iddia

"Qarabağ"ın rəqibi barədə ilginc iddia


3-09-2018, 23:33


Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Vorskla" haqqında maraqlı iddia irəli sürülüb.

Ukrayna mətbuatında klubun maliyyə problemi yaşadığı bildirilir.

Borcu olan klubun bir neçə üzvünün məvacibi azaldıldığı qeyd olunur.

Ancaq "Vorskla"nın fəxri prezidenti Konstantin Jevaqo ciddi maliyyə probleminin olması ilə bağlı iddiaların yalan olduğunu deyib. Ancaq o, borclar haqda danışmaq istəməyib.

Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının E qrupunda "Vorskla", "Arsenal" (İngiltərə) və "Sportinq"lə (Portuqaliya) mübarizə aparacaq.
Geri qayıt