Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ"ın nəyə qadir olduğunu bilirik"
"Qarabağ"ın nəyə qadir olduğunu bilirik"22-08-2018, 21:19 |
"Sabah bizi çox çətin oyun gözləyir. "Qarabağ" keyfiyyətli rəqibdi. Ötən mövsüm də bu komandaya qarşı çıxış etmişik. Onların oyun keyfiyyətlərini bilirik. Lakin bizim şanslarımız böyükdü. Avroliqa təcrübəmizə əsasən, nə etməyin lazım olduğunu bilirik. Baş məşqçinin qarşımıza qoyduğu tapşırığı yerinə yetirməyə və qalib gəlməyə çalışmalıyıq". Bu sözləri "Şerif”in kapitanı Mateo Suşiç sabah Avropa Liqasının plyey-off mərhələsinin "Qarabağ”la ilk oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Bosniya və herseqovinalı yarımmüdafiəçi meydana qələbə üçün çıxacaqlarını bildirib: "Çətin görüş olacaq. Amma yaxşı şansımız var. Ardıcıl 2 ildi Avropa Liqasının qrup mərhələsində oynayırıq. Nə etməli olduğumuzu bilirik. Baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməliyik. Qələbə qazanmağa çalışacağıq”. Suşiçin fikrincə, ilk matçın harada olmasının fərqi yoxdu: "Çünki ötən mövsüm birinci oyunumuz səfərdə olmuşdu. Bakıda heç-heçə etsək də, Tiraspolda uduzmuşduq. Bu dəfə necə olacağına baxacağıq. Əlbəttə, doğma meydanda azarkeşlər qarşısında oynamaq daha asandı. Bunu cari mövsüm avrokuboklardakı oyunlarımızın hesabları da göstərir. Evdə yaxşı oynayaraq, qələbə qazandığımız halda, səfərdə elə də yaxşı çıxış etmirik. Bunu dəyişməyə, həm evdə, həm də səfərdə yaxşı çıxış etməyə çalışacağıq". Geri qayıt |