Əsas Səhifə > Ölkə idmanı > Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər


15-08-2018, 14:37


Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı davam edir.

Azərbaycan Stolüstü Tennis Federasiyasıdan bildiriblər ki, avqustun 11-də başlayan və bir həftə davam edəcək təlim-məşq toplanışı Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunub.

Təlim-məşq toplanışı yeniyetmələr arasında fiziki-taktiki hazırlığı artırmaq məqsədi daşıyır.
Geri qayıt