Əsas Səhifə > Ölkə idmanı > AFFA-dan dəyişikliklər

AFFA-dan dəyişikliklər


7-09-2017, 11:56


AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasında çıxış edən “Qarabağ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarının idman direktorları və müvafiq nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

“Qəbələ” klubunun nümayəndələrinin ölkə xaricində olması nəzərə alınaraq, telefon bağlantısı yaradılıb. İclasda əsas müzakirə mövzusu 2017/2018-ci il mövsümündən başlayaraq U-19 Liqasında 6+5 limitinin (6 futbolçu 2000-ci il, 5 futbolçu 1999-cu il təvəllüdlü) tətbiq olunması olub və bu barədə qərar qəbul olunub.

Limitin tətbiqində əsas məqsəd müvafiq yaş qrupuna aid yığma komandanın Avropa çempionatının seçmə mərhələsində oyun təcrübəsi çox olan futbolçulardan təşkil olunması, onların mütəmadi olaraq oyunlarda iştirakını təmin etməkdi.

Bundan əlavə, UEFA-nın təcrübəsi əsas götürülərək U-19 Liqasının “Gənclər Liqası” adlandırılması təklif olunub və klub nümayəndələri tərəfindən dəstəklənib.
Geri qayıt