Əsas Səhifə > Ölkə idmanı > “Kukesi”-“Qarabağ” oyununun vaxtı açıqlandı

“Kukesi”-“Qarabağ” oyununun vaxtı açıqlandı


19-07-2018, 13:53


“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə keçirəcəyi oyunların təqvimi açıqlanıb. UEFA-nın rəsmi saytında yayılan məlumata görə, ilk görüş Albaniyada olacaq.

Qarşılaşma iyulun 25-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda baş tutacaq.

Azərbaycan çempionu albanlara qarşı cavab matçını avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Geri qayıt